Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 05:31

Prezident Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb


Maroš Šefčovič

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-ü Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič-lə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərdə qeyd edilir ki, Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarına toxunan M.Šefčovič Avropa şirkətlərinin bu layihəyə cəlb olunması və bu məsələyə Avropa Komissiyasının mümkün dəstəyindən danışıb.

Bu gün, fevralın 23-ü Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşü başlayıb.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG