Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:59

Fevralın 24-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 2-5, gündüz 8-15, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman olacağı bildirilir. Gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG