Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:15

Hərbçi qadınların da başlarını örtməsinə icazə verildi


Qadın polis.

Türkiyədə hərbçilərlə bağlı qanun dəyişdirilib, hərbçi qadınların işdə baş örtüyü geyinməsinə icazə verilib.

Bu haqda adının açıqlanmasını istəməyən bir türk rəsmisi «Hurriyet Daily News» qəzetinə müsahibəsində məlumat verib. Onun dediyinə görə, hərbi xidmətdə olan, eləcə də hərbi məktəblərdə təhsil alan qızlar istəsələr, hərbi papaqlarının altından başlarını yaylığa bürüyə bilərlər. Ancaq yaylıq hərbi paltara uyğun, onunla eyni rəngdə olmalıdır.

Bu yaxınlarda Türkiyədə hərbi qərargahların mülki işçilərinin, gömrük və polis əməkdaşlarının da baş örtüyü taxmasına icazə verilmişdi.

Türkiyə dünyəvi ölkədir və indiyə qədər orda bütün xidmət sahələrində, hətta universitetlərdə qadınların başlarını bağlamasına icazə verilmirdi. 2002-ci ildə, islamçı Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gələndən sonra durum dəyişib, baş örtüyü ilə bağlı qadağa getdikcə daha çox yerdə ləğv edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG