Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 04:16

Ukraynada meydan hadisələri müxalifətin mitinqiylə qeyd olunub


Yürüş.

Dünən—fevralın 22-də Ukraynada meydan hadisələrinin qurbanları anılırdı. 2013-2014-cü ildə Kiyevin mərkəzi meydanında baş verənlərdən sonra hökumət devrilib, ruspərəst hakimiyyət Qərbə meylli qüvvələrlə əvəzlənmişdi.

Dünən minlərlə fəal bu tarixi anmaqdan ötrü yürüş keçirib. «Milli qürur yürüşü» adlanan tədbiri 3 millətçi partiya—Azadlıq, Milli Korporasiya partiyaları və sağçılar təşkil ediblər.

Fəallar Kiyevin mərkəzi «Azadlıq» meydanına toplanaraq həm də hökumətə tələblərini bildiriblər. Onlar meydan hadisələri zamanı öldürülənlərlə bağlı ətraflı araşdırma aparılmasını, Rusiyayla, eləcə də Rusiyanın nəzarətində olan separatçı regionlarla bütün ticarət əlaqələrinin kəsilməsini tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG