Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:53

Neft daşlarında elektrik yıxılaraq ölüb


Neft daşları.

Fevralın 22-si saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektriki işdə vəfat edib.

Xəbəri Dövlət Neft Şirkəti yayıb.

Buna da bax:​ 7 ildə 130 neftçi həlak olub

Xəbərə görə, trestin avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik Ramil Yusifov Neft Daşlarında 31 saylı paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı körpüdən yıxılıb.

Xəbərə görə, R.Yusifov aldığı xəsarətlərdən keçinib.

R.Yusifovun cənazəsi helikopter vasitəsilə sahilə yola salınıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG