Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 15:01

Rusiyalı fəal İldar Dadin azadlığa çıxır


Ildar Dadin və həyat yoldaşı Anastasija Zotova

Rusiyalı fəal İldar Dadinin həyat yoldaşı Anastasiya Zotova əri ilə birlikdə xaricə getmək istəyir.

Anastasiya RBK-ya deyib ki, məqsədləri yenidən həbsxanaya düşməmək və işgəncələrə məruz qalmadan hüquq-müdafiə fəaliyyətini davam etdirməkdir.

Rusiyanın ali məhkəməsi fevralın 22-də müxalifət fəalının azadlığa buraxılması, ona qarşı cinayət işinin dayandırılması və reabilitasiya hüququnun tanınması barədə qərar çıxarıb.

Vəkil Aleksei Liptserin sözlərinə görə İldar Dadin artıq fevralın 23-də həbsxanadan buraxıla bilər.

Hazırda o, Altaysk diyarındakı həbsxanadadır.

Dadin bura, işgəncələrə məruz qaldığı Kareliyanın Serejsk həbsxanasından gətirilib.

Ildar Dadin
Ildar Dadin

Müxalifət fəalı, ictimai tədbirlər keçirilməsi ilə bağlı 2014-cü ildə tətbiq olunan qaydaları dəfələrlə pozma ittihamı ilə həbs olunmuşdu.

Konstitusiya məhkəməsi fevralın 10-da bu maaddənin özünü ölkənin əsas qanununa uyğun saysa da müxalifət fəalının işinə yenidən baxılması və cinayət məcəlləsinə düzəliş edilməsi barədə qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG