Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:41

Fətullah Gülen dalğası Türkmənistana da çatdı


Resul Atageldiyev, Türkmənistanlı biznesmen

Türkmənistanda Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda ittiham olunan 30-dan çox adam uzunmüddətli həbs cəzasına məhkum edilib.

Onlar ötən ilin oktyabrında saxlanıblar.

Həbsə məhkum olunanlar arasında tanınmış biznesmenlər Rəsul Atagəldiyev və Dövlət Atayev də var.

Onların hər biri 25 il azadlıqdan məhrum ediliblər.

AzadlıqRadiisunun Türkmənistan xidmətinə verilən məlumata görə, həbs olunanların əksəriyyəti əsasən türkmən-türk litseylərinin keçmiş müəllimləri və əməkdaşlarıdır.

Qərar fevralın 8-9-da Axalsk vilayət məhkəməsində çıxarılıb.

AzadlıqRadiosu bundan əvvəl Fətullah Gülenin “Hizmət” hərəkatı ilə bağlılığa görə ölkədə kütləvi həbslər aparılması barədə məlumat vermişdi.

Mənbənin məlumatına görə, bu işlə bağlı ümumilkdə ölkədə 150-dən çox adam represiyalara məruz qalıb.

Xatırladaq ki, Türkiyə hakimiyyəti 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilinə görə hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güleni ittiham edir.

Qiyam cəhdindən sonra Türkiyənin özündə minlərlə adam həbs edilib, 100 indən çox adamsa işdən gənarlaşdırılıb.

Bu hadisədən sonra bir çox xarici ölkədə Gülenlə bağlılığı olduğu bildirilən türk litseyləri bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG