Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:02

Son ana ölümlərinin səbəbləri


Doğuş (arxiv fotosu).

“Bu il ərzində ölkə ərazisində qeydə alınmış ana ölümlərində həkim səhlənkarlığının rolu olmayıb. Ölümlərin səbəbi anaların həkimə zamanında müraciət etməməsidir”.

Səhiyyə Nazirliyinin doğuşayardım komissiyasının sədri Sevinc Məmmədova fevralın 21-də jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, il başlayandan bəri (52 gün) ölkədə 4 ana ölümü baş verib. Hadisələr Goranboy, Ağcabədi, Tovuz rayonlarında və Qala qəsəbəsində qeydə alınıb.

Buna da bax:​ Bir ildə 22 ana ölümü?

S.Məmmədovanın deməsinə görə, Tovuzda baş verən olayda hamilə ana həkimə gec müraciət edib. Goranboyda isə vəfat edən anada inkişafdan qalmış hamiləlik qeydə alınıb.

“Həmin hadisə zamanı qadın həkimə yalnız qanaxma ilə müraciət edib. Xəstə əməliyyata götürülüb, narkoz verilib. Təəssüf ki, o narkozdan çıxa bilməyib”, S.Məmmədova deyib.

S.Məmmədova Qala qəsəbəsindəki ana ölümünün evdə doğuş zamanı baş verdiyini söyləyib. O, vurğulayıb ki, Ağcabədidəki olayda isə ağır və fəsadlaşmış hamiləlik ölümə yol açıb.

Buna da bax: Ana ölümü ilə bağlı həkim izahatı

Xatırlatma

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının hesabatına görə, 2016-cı il ərzində Azərbaycanda 22 ana ölümü baş verib.

Ana ölümünün səviyyəsi hər 100 000 diridoğulan uşağa münasibətdə 13.8 faiz təşkil edib.

Nazirliyin bilgilərində qeyd edilir ki, bu kateqoriya üzrə göstəricilər ilbəil yaxşılaşır.

Ana ölümlərini araşdıran ekspertlər dövlət statistikasının “yumşaq” olduğunu deyirlər. Onların bildirməsinə görə, doğuş zamanı baş verən ölümlərin bəziləri “ana və uşaq ölümü” kimi qeydə alınmır.

Buna da bax:​ Erkən doğulan 10 uşaqdan 1-i sağlam qalır

Azərbaycan Britaniyanın «Save the Children» xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq Hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG