Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Binali Yıldırim:" Yeni ABŞ hakimiyyəti daha anlaşıqlı olacaq"


Binali Yildirim

Türkiyənin baş naziri Binali Yıldırim hesab edir ki, yeni ABŞ hakimiyyəti Fətullah Gülenin verilməsi məsələsində daha anlaşıqlı olacaq.

O bunu, fevralın 21-də hakim “Ədalət və inkişaf partiyası”nın üzvləri qarşısında çıxış edərkən deyib.

Baş nazir hazırda Gülenin verilməsi ilə bağlı ABŞ hakimiyyəti ilə danışıqların davam etdirildiyini bildirib.

O qeyd edib ki, şərtlərdən aslı olmayaraq Fətulla Gülen Türkiyəyə gəlib hesab verməli olacaq.

Xatırladaq ki, Türkiyə hakimiyyəti 2016-cı il 15 iyul qiyam cəhdinin təşkilinə görə hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güleni ittiham edir.

Baş nazir həmçinin hazırda Suriyanın Əl-Bab şəhərinin tam nəzarət altında olduğunu və təmizləmə əməliyyatı keçirildiyini bildirib.

Qeyd edək ki, Türkiyə ordusunun dəstəklədiyi üsyançı qüvvələr bu günlərdə Əl-Bab şəhərini “İslam Dövləti” qrupundan azad ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG