Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 13:08

Uşaqlar üçün İslam ensiklopediyası hazırlanacaq


Mübariz Qurbanlı

Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələrdən ötrü «İslam ensiklopediyası» hazırlanacaq.

Bunu AZƏRTAC-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, İslam həmrəyliyi ənənələrinin inkişafı, möhkəmləndirilməsindən ötrü ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır. Bu baxımdan Dövlət Komitəsi ölkənin bütün regionlarında silsilə konfranslar, müşavirələr, dəyirmi masalar təşkil etməyi planlaşdırır.

2017-ci il Azərbaycanda «İslam həmrəyliyi ili» elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG