Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:09

Trump yeni təhlükəsizlik müşavirini seçdi


H.R.McMaster və D.Trump

ABŞ prezidenti Donald Trump yeni təhlükəsizlik müşavirini seçib. Bu, general-leytenant H.R.McMaster-dir.

D.Trump bu haqda dünən—fevralın 20-də Floridada, Palm-Biçdəki malikanəsində jurnalistlərlə söhbətində danışıb. O, H.R.McMaster-in qiyamçılarla mübarizə üzrə ekspert, «böyük istedad» və «böyük təcrübə sahibi» olduğunu deyib.

D.Trump-ın milli təhlükəsizlik məsələləri üzrə əvvəlki müşaviri Michael Flynn vəzifəsində 3 həftə qaldı. O, Rusiya səfiriylər görüşü barədə Ağ evə düzgün məlumat verməməkdə günahlandırılandan sonra istefaya getməli oldu.

M.Flynn-in vəzifəsini müvəqqəti icra edən general-leytenant Keith Kellogg isə, D.Trump-ın dediyinə görə, indi Milli Təhlükəsizlik Şurasının heyət rəhbəri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG