Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 19:12

İspaniya kralı Xuan Karlosun kürəkəni İnyaki Urdanqarin 6 il 3 ay azadlıqdan məhrum edilib.

“The Local”ın yazdığına görə, o fırıldaqçılıq və vergidən yayınmaqda təqsirli bilinib.

Hersoq İnyaki kral Xuan Karlosun kiçik qızının həyat yoldaşıdır.

Eyni işə görə, məsuliyyətə cəlb olunan kraliça Kristina isə məhkəmə zalında azad edilib, amma cərimə olunub.

İstintaqın gəldiyi qənaətə görə İnyaki Urdanqarin “Instituto Noos” xeyriyyə fondundan ayrılan ianəni şəxsi hesaba köçürüb.

Həmçinin 2005-2006-cı illərdə turizm və idman üzrə 2 konqres keçirilməsinə ayrılmış 2,3 milyon avronun bu məqsədə sərf olunmadığı bildirilir.

İspaniya məhkəməsi 2013-cü ildə korrupsiya ilə bağlı istintaq çərçivəsində kral Xuan Karlosun kürəkəninin 16 obyektini müsadirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG