Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 04:21

İlham Əliyev Almaniyadadır


İlham Əliyev və Mehriban Əliyeva Almaniyayadır. 16fev2017

Prezident İlham Əliyev fevralın 16-sı 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədi ilə Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Buna da bax:​ İlham Əliyev Münhenə gedir

İ.Əliyevin fevralın 19-na kimi Almaniyada səfərdə olacağı bildirilir. Forumda İ.Əliyevin çıxışı da gözlənilir.

Səfər çərçivəsində Azərbaycan prezidentinin bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Buna da bax:​ E.Məmmədyarov həmsədrlərlə görüşəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyi bildirilib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG