Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Dollar hərracda bahalaşıb


Dollar

Fevralın 16-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7351 səviyyəsində formalaşıb.

Fevralın 14-ü, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7296 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.

Son həftələr manat dollara nisbətən dəyər qazanırdı. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG