Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 15:47

ABŞ Cənubi Osetiyanın referendum qərarını pisləyir


Cənubi Osetiyada referendum - 2006

Birləşmiş Ştatların Gürcüstandakı səfirliyi Cənubi Osetiyanın referendum qərarını pisləyib. Tanınmamış Cənubi Osetiya Respublikası rəhbərliyi regionun adını dəyişmək məqsədilə referendum keçirir. Cənubi Osetiya Gürcüstanın bir hissəsi olub, 2008-ci ildə--Rusiyanın ölkəyə müdaxiləsindən sonra ayrılaraq, özünü müstəqil elan edib.

Aprelin 9-da Osetiyada həm prezident seçkisi, həm də referendum olacaq. Separatçı liderlər respublikanın adını dəyişmək, onu Alaniya adlandırmaq istəyirlər.

Gürcüstandakı ABŞ səfirliyinin bəyanatında bu referenduma etiraz edilir, Birləşmiş Ştatların Gürcüstanın razılığı olmadan keçiriləcək səsvermənin nəticələrini tanımayacağı deyilir.

«Bu cür təxribatçı addımlar etimadı sarsıdır, həm də beynəlxalq Cenevrə danışıqlarına zərər vurur», - ABŞ səfirliyinin bəyanatında belə deyilir. Cenevrə danışıqlarının məqsədi Gürcüstanla separatçı regionlar arasındakı gərginliyi aradan qaldırmaqdır.

Gürcüstan Cənubi Osetiyanın adının dəyişdirilməsinin təxribat siyasətinin bir hissəsi olduğunu bildirir. Çünki Alaniya Rusiyada daha çox osetinlərin yaşadığı bölgənin adıdır.

Rusiya Cənubi Osetiyanın, eləcə də Gürcüstandan ayrılmış digər region—Abxaziyanın müstəqilliyini tanıyıb və onlara dayaq durmaqdadır.

XS
SM
MD
LG