Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Qafqaz-ın tələbələri Mühəndislik Universitetinə keçdi


Qafqaz Universiteti.

Sabah, fevralın 16-dan Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetində təhsillərini davam etdirəcəklər.

Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov belə deyib.

O, APA-ya açıqlamasında Qafqaz Universitetində yaradılan ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesinin tam başa çatdığını bildirib.

“Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib”, deyən nazirlik yetkilisi qış imtahan sessiyalarının nəticələrinə də toxunub.

Buna da bax:​ Qafqazın tələbələri üçün təhsil haqqı hələlik sabit qalacaq

O, hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri, qarşıya çıxan problemlərlə bağlı ümumiləşdirmələrin aparıldığını bildirib. Onun deməsinə görə, təhlillərdən sonra, ayrı-ayrı təhsil müəssisələrinin nəticələri Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim olunacaq.

Xatırlatma

1993-cü ildə fəaliyyətə başlayan Qafqaz Universitetinin ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Buna da bax:​ Ləğv olunan Qafqaz Universiteti ilə bağlı yeni qərar verildi

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Bu il yanvarın 18-də isə Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Yanvarın 30-da da Təhsil Nazirliyində növbədənkənar kollegiyada Qafqaz Universitetinin tələbələrinin Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsinə qərar verilib.

Buna da bax:​ Azərbaycana daha bir “mühəndis universiteti” lazım idimi?

Həmin qərarın Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin müraciəti əsasında verildiyi bildirilirdi.

Tələbələr isə Qafqaz Universitetinin bazasında yeni bir təhsil müəssisəsinin yaradılmasını və orada təhsil almalarını istəyirdilər. Bundan ötrü prezidentə müraciət də göndərmişdilər.

Fethullah Gülen ötən il Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı isə Türkiyə rəsmilərinin bu iddialarını yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG