Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 12:54

Zakharova “Krım Rusiya ərazisidir, Rusiya isə öz ərazisini qaytarmır”


Maria Zakharova

“Krım Rusiya ərazisidir, Rusiya isə öz ərazisini qaytarmır”.

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova Ağ evin sözçüsü Şon Spayserin ( Sean Spicer) bəyanatına cavab olaraq deyib.

Spayser bundan əvvəl mətbuat konfransında deyib ki, prezident Donald Trump Krımın Ukraynaya qaytarılmasını gözləyir.

Sean Spicer mətbuat konfransında Trump-ın Rusiyaya münasibətini izah edərkən deyib ki, “prezident Rusiya hökumətində ayın şəkildə bildirib ki, Ukraynadakı zorakılıqlara son qoyulmalı və Krım Ukraynaya qaytarılmalıdır”.

Spicer ABŞ-ın BMT-dəki səfiri Nikki Haley-in fevralın 3-də Təhlükəsizlik Şurasında etdiyi çıxışını da yada salıb. Xanım Haley həmin çıxışında demişdi ki,Krım Ukraynanın tərkib hissəsidir və bu məsələyə görə Rusiyaya qarşı sanksiyalar yarmada Ukraynaya qaytarlmayınca qaldırılmayacaq.

Qeyd edək ki, Rusiya 2014-cü ilin martında Krımı Ukraynadan ilhaq edib və həmin ayın 16-da yarmadanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirilib.

Prezident Vladimir Putin martın 18-də Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı müqavilə imzalayıb.

Kiyevin etirazına baxmayaraq, Rusiya parlamenti martın 21-də sənədi ratifikasiya edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG