Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 01:14

Unai Emery:"Bizi Barselonada ağır oyun gözləyir"


Unai Emery

Dünyanın ən titullu futbol komandalarından olan İspaniyanın “Barselona” klubu çərşənbə axşamı səfərdə Fransanın PSJ klubuna böyük hesabla məğlub oldu.

Avropa Çempionlar Liqası 1/8 final mərhələsində Parisdə keçirilən görüş 4:0 hesabı ilə ev sahiblərinin xeyrinə qurtarıb.

Hərəyə bir dəfə Yulian Draksler və Edinson Kavani, iki dəfə isə Anxel di Mariya fərqləniblər.

İndi Barselona son 10 il ərzində cempionlar liqasındailk dəfədir ki, ¼ finala çıxmamaq riski ilə üzləşib.

Klubun baş məşqçisi Luis Enrike fransızların elə ilk dəqiqələrdən meydanda güclü olduqlarını etiraf edib.

Amma onun fikrincə vəziyyət hələ də dəyişə bilər.

“Futbolda həmişə belə olur-hər oyunun öz şəraiti olur.İkinci görüş olacaq və hazırda vəziyyət çətin olsa da hələ ki, hər şeyi dəyişə bilərik. Evdə məhz buna oynayacağıq. Komandanın hər şeyi yenidən başlayacağına vəbunu bacaracağına inanıram”.

PSJ-nin baş məşqçisi Unai Emery də hesab edir ki, hər şey ikinci oyunda həll olunacaq.

“Komandamız böyük səy göstərdi və bunin bəhrəsini gördük. Amma “Barselona” hələ də böyük klubdur. Və oyunçularıma daima deyirəm ki, qarşıda hələ 90 dəqiqəlik çox ağır görüş olacaq. Odur ki, boşalmaq olmaz”.

Cavab görüşü martın 8-də Barselonada keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG