Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:14

ABŞ rus qırıcı təyyarələrinin onların Qara dənizdəki hərbi gəmisi ətrafında dolaşdığını bildirir. Birləşmiş Ştatların rəsmilərinin dediyinə görə, Rusiyanın təyyarələri keçən həftə gəmi yaxınlığında təhlükəli və qeyri-peşəkar manevrlər ediblər—təyyarələr sürətlə və aşağıdan uçaraq gəmi ətrafında dövrə vurublar və hadisə 3 dəfə təkrarlanıb. Trump administrasiyası dövründə ilk dəfədir, belə şey olur.

Birləşmiş Ştatların Avropa Komandanlığının sözçüsü Danny Hernandez deyib ki, bu cür manevrlər onları narahat edir, çünki qəza ilə nəticələnə bilər.

Rusiya ittihamları rədd edib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor Igor Konashenkov deyilən tarixdə--fevralın 10-da belə bir insidentin qeydə alınmadığını söyləyib.

Keçən il həm ABŞ, həm də Avropa rəsmiləri rus qırıcılarının bir neçə dəfə belə manevrlər etdiyini bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG