Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:23

Gənc NİDA-çının şikayəti qəbul edilmədi


NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyev.

Bu gün, fevralın 14-ü Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Şahkamal oğlu Vəliyevin yaşadığı evdə qanunsuz axtarış və götürmə aparılmasından verilən şikayətə baxıb.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

“Məhkəmə şikayəti gözlənildiyi kimi təmin etmədi və bu qərardan apellyasiya şikayəti verəcəyik” - vəkil qeyd edib.

Buna da bax:​ NİDA-çı gəncə 30 sutka verildiyi təsdiqləndi

Rəhim Vəliyevin axtarış zamanı evindən kompüter və telefonu götürülüb. O, vəkili Elçin Sadıqov vasitəsi ilə bir müddət əvvəl ictimaiyyətə bildirmişdi ki, Nərimanov Rayon Polis İdarəsində və 18-ci polis bölməsində saxlanarkən işgəncələrlə üzləşib.

Ancaq, onda gəncin göndərdiyi məktubda yer alan bu iddialara nə Nərimanov Rayon Polis İdarəsindən nə də 18-ci polis bölməsindən münasibət bildirilmişdi. Gəncin şikayətinə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən də münasibət almaq mümkün olmamışdı.

Buna da bax:​ Beynəlxalq qurumlar gənclərə hökmü qınayır

Xatırlatma

R.Vəliyevin yanvarın 16-sı saxlanmışdı.

O, polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılıb. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov gəncə 30 gün inzibati həbs cəzası verib.

NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG