Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 02:12

Biləsuvarlı jurnalistin təzyiqlərlə üzləşdiyi deyilir


Ziya Əsədli.

“Azadlıq.info” saytının Biləsuvardakı regional əməkdaşı Ziya Əsədlinin təqiblə üzləşdiyi bildirilir.

Bu haqda həmin saytın özü xəbər yayıb.

Xəbərə görə, hələ 2016-cı ilin noyabr ayında Bakıya gələrkən onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq sorğu-sual ediblər.

Buna da bax:​ HRW: 'Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır'

İndi isə təqiblərin Biləsuvar rayonunda davam etdirildiyi bildirilir.

Z. Əsədli sabiq hərbçidir. Hərbi qulluqda olduğu zaman ümumi qaydada iki otaqlı mənzil alıb: “İndi yerli hakimiyyət orqanları ona qarşı iddia irəli sürürlər. Guya o zaman bu ev veriləndə hansısa qanun pozuntuları olub. Baxmayaraq ki, heç bir qayda və qanun pozuntusundan söhbət gedə bilməz”.- deyə saytın xəbərində qeyd edilir.

Buna da bax: Kanal-13: Bunu azad mediaya qarşı ciddi basqı sayırıq

Jurnalistin təzyiqlərə məruz qalması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG