Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:47

Serbiyada atışmada yaralanan azərbaycanlı keçmiş klub prezidenti imiş


Foto arxiv

“Neftçi”nin keçmiş qapıçısı Vladimir Miçoviçlə birlikdə Serbiyadakı restoranlardan birində atışmada yaralanan azərbaycanlının Yaşar Rüstəmov olduğu bildirilir.

Serbiya və Azərbaycan idman portallarının məlumatına görə, O, əvvəllər Azərbaycanın birinci divizionunda çıxış edən, sonradansa maliyyə problemi səbəbindən dağılmış “Abşeron” klubunun prezidenti olub.

Məlumatlara görə, Miçoviç də vaxtilə “Avşeron” klubunda oynayan məşqçi kimi fəaliyyət göstərib.

"Report" un məlumatına görə, restoranlardan birində tərəflər arasında yumruq davası düşüb, sonra isə güllə səsi eşidilib. Güllə Rüstəmovun ayağına dəyib. Atəş açanlar hadisə yerindən qaçıblar.

Onların yanında Vladimir Miloyeviç adlı bir şəxs də olub. Onlar da döyülərək, başlarından yüngül xəsarət alıblar. Hazırda istintaq gedir.​

Serbiya mətbuatının yazdığına görə, Yaşar Rüstəmov bud nahiyəsindən yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG