Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Nazirlikdən yumurta açıqlaması


Yumurta

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Məlumatda qeyd edilməsinə görə, monitorinqlər göstərib ki, yumurtanın satış qiyməti bu ilin əvvəlinə nisbətən 25 faizə kimi ucuzlaşıb: «Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir».

Məlumatda vurğulanır ki, son günlər unun da ucuzlaşması müşahidə olunur. «Süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək», - deyə məlumatda yazılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG