Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Avropa Məhkəməsində daha iki iş


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 2 iş üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Onlardan biri QHT-lərin qeydiyyata alınmaması ilə bağlıdır.

«Bu şəxslər Elçin Məmməd (Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi), Günel və Rəşid Bəşirli (Kəndli Qadınların İnkişaf Mərkəzi), Mustafa Axundov, Sevinc Məcidova (Sosial Təşəbbüslər və İnsan Hüquqları) Şükür İzzət və Ali Bəşirlinin (Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi) yaratdıqları təşkilatlardır»,-deyə vəkil qeyd edib.

Habelə 5 qeyri-hökumət təşkilatından söhbət gedir.

Vəkilin bildirməsinə görə, AİHM Konvensiyanın 11-ci maddəsinin (birləşmək azadlığı), 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və əksər işlərdə Konvensiyanın 34-cü maddəsinin (hüquq pozuntusu) pozuntusunun baş verib-vermədiyini müəyyən edəcək.

Vəkil deyib ki, ikinci işdə isə 6 gəncin hüquqlarının pozulmasından bəhs edilir. 2014-cü il avqustun 12-də Şəki rayonunda Vüqar Rzayev və daha 5 nəfər cərimə, inzibati həbs cəzası ilə üzləşiblər. Bu gənclər hüquq müdafiəçisi Rəsul Cəfərovun 2014-cü il avqustun 2-də həbs olunması ilə bağlı etiraz aksiyası keçiriblər.

«Konvensiyanın 10 (ifadə azadlığı), 11 (sərbəst toplaşmaq azadlığı), bəzilərində 6.1 və 6.3 (özünün seçdiyi müdafiəçinin köməyindən istifadə etmək hüququ) maddələrinin pozuntusunun baş verib-vermədiyi araşdırılır», -deyə vəkil qeyd edib

Ötən həftə isə AİHM mülkiyyət hüququnun pozuntusu ilə bağlı Azərbaycandan göndərilən daha 4 işlə əlaqəli kommunikasiyaya başlamışdı.

XATIRLATMA

Bu ilin yanvarında AİHM 2016-ci ilin yekunları ilə bağlı hesabat yaymışdı.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur.

Hesabatda Azərbaycandan gedən şikayətlərin artdığı də bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG