Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 13:26

“Ohanyan-Raffi-Oskanyan” bloku seçkiyə vahid siyahı ilə gedir


Seyran Ohanyan, Vardan Oskanian və Faffi Hovhannisian

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri və “İrs” partiyasının sədri Raffi Hovannisian, keçmiş xarici işlər naziri və “Birlik”partiyasının sədri Vardan Oskanyan qarşdan gələn parlament seçkisinə vahid siyahı ilə gedəcəklər.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.

Onun sözlərinə görə blokun rəsmi adı belədir-“Ohanyan-Raffi-Oskanyan”.

“Üçüncü Respublika” partiyasının lideri Viktor Dallakyansa bu arada, Oskanyanın partiyası ilə bir blokdan çıxdığını bəyan edib.

Bundan əvvəl “Demokrat partiyası”nın lideri Aram Sarqsyan da eyni bəyanatla çıxış edib.

Ermənistanda növbəti parlament seçkisi aprelin 2-nə təyin edilib.

XS
SM
MD
LG