Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:16

Ağsu rayonunda son günlər yağan qar səbəbindən 5 kəndin işıqsız qaldığı bildirilir. Xəbəri «Report» yayıb.

Xəbərə görə, rayonun dağlıq ərazilərində yerləşən Xatman, Dilman, Hacman, Kalva və Suraxanı kəndlərində fevralın 12-dən elektrik enerjisi kəsilib.

Elektrikin kəsilməsi səbəbindən Dilman və Kalva kəndlərində yerləşən orta məktəblərdə istilik sisteminin də işləmədiyi bildirilir. Bu səbəbdən məktəblərdə davamiyyətin aşağı düşdüyü söylənir.

Həmin kəndlərdəki tibb məntəqəsinin də elektrik enerjisi kəsilməsi səbəbiylə fəaliyyət göstərmədiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG