Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Özbəkistanda Morgan Freeman'ın "oynadığı" filmə qadağa qoyulub


Uzbekfilmin qadağa qoydu "Daydi" (Avara) filminin afişi.
Uzbekfilmin qadağa qoydu "Daydi" (Avara) filminin afişi.

Özbəkistanda 2017-ci ildə kinoteatrlarda göstərilməyə başlanan yerli istehsal "Daydi" (Avara) filmi amerikalı aktyor Morgan Freeman'a görə qadağan olunub. Bu haqda özbək internet nəşri "Podrobno.uz" xəbər verir.

Məsələ ordadır ki, Özbəkistanın milli kino agentliyi "Uzbekkino" Timur Filmin çəkdiyi "Daydi" bədii filmini monitorinq etdikdən sonra onda reklam qanunvericiliyinə zidd məqamlar ortaya çıxarıb. Belə ki, filmin treylerində, bannerlərində və satışa çıxarılmış biletlərində məşhur amerikalı aktyor Morgan Freeman da əks olunub. Aparılan araşdırmalar göstərib ki, filmin qəhramanları ilə yanaşı dayanan Morgan Freeman'ın şəkli onun oynadığı İngilis və Cənubi Koreya istehsalı "Sonuncu cəngavər" filmindən götürülüb. Halbuki, məşhur aktyorun özbək filminə necə düşməsi haqda filmin yaradıcıları heç bir izah verə bilməyib.

Buna da bax: Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq

Məlum olub ki, Timur Film sadəcə filmə baxanların sayını artırmaq üçün yalançı ictimai kampaniya aparıb. Freeman'ın çöhrəsini görən tamaşaçılarda filmə həqiqətən də böyük maraq yaranıb.

Reklam və bazarda rəqabətlə bağlı qanunvericiliyi pozduğuna görə "Uzbekkino" ölkədə "Daydi" filminin göstərilməsinə qadağa qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG