Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Ağ ev Trump-ın nüvə razılaşmasından xəbərdar olduğunu deyir


D.Trump

Ağ ev prezident Donald Trump-ın Rusiya ilə ABŞ arasındakı nüvə razılaşmasından xəbərsiz olmasıyla bağlı məlumatı təkzib edib.

«Reuters» agentliyi D.Trump-la V.Putin-in telefon söhbəti zamanı nüvə razılaşmasına da toxunulduğunu, amma söhbətin bu yerində D.Trump-ın dayanıb ətrafındakılardan razılaşma haqda məlumat aldığını yazırdı. Ağ evdən bildiriblər ki, prezident müşavirlərindən məlumat deyil, fikir istəyib.

Ağ evin sözçüsü Sean Spicer deyib ki, prezident müqavilədə nədən söhbət getdiyini yaxşı bilir. 2010-cu ildə Obama administrasiyasıyla V.Putin arasında bağlanmış müqavilə hər iki ölkəyə nüvə silahlarıyla bağlı məhdudiyyət qoyur.

D.Trump bu razılaşmanın ölkəsinin maraqlarına uyğun olmadığını söyləyib.

Dekabrda D.Trump ABŞ-ın nüvə qabiliyyətini artırmalı olduğunu bildirmişdi. Elə həmin gün V.Putin də Rusiyanın nüvə qabiliyyətinin artırılmasının vacibliyini vurğulamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG