Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 18:32

Hakimlər korrupsiyaya görə cəzalandırıldılar


"Məsləhət". Şerif. Karikatura.

2016-cı ildə korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə altı hakimin səlahiyyətlərinə xitam verilib.

Bu barədə fevralın 9-u Məhkəmə Hüquq Şurasının toplantısında bildirilib.

Toplantı ilə bağlı Şuranın saytında məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, 12 hakim intizam məsuliyyətinə cəlb olunub. Onlardan iki nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Buna da bax:​ 'Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın'

“Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib” - məlumatda bildirilir.

Açıqlamada qeyd edilir ki, Sumqayıt Apellyasiya Məhkəmənin digər hakimləri Elman RəhimovLətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova və İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova da irad tutulub.

Buna da bax: Avropalı deputatlar Azərbaycanla bağlı korrupsiya məsələsinə bir də qayıdacaqlar

Korrupsiya şərait yaratmaqda və başqa qanun pozuntularında günahlandırılan hakimlərdən Məhkəmə Hüquq Şurasının bu açıqlamasına, hələlik, münasibət almaq mümkün olmayıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG