Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 13:30

Avropa Məhkəməsi daha 4 iş üzrə kommunikasiyaya başlayıb


Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı daha 4 iş üzrə kommunikasiyaya başlayıb.

Bu barədə Vəkil Fariz Namazlı məlumat yayıb. O bildirib ki, bu Əliyeva və başqaları Azərbaycana qarşı iş üzrədir.

Buna da bax:​ Hökumət kompensasiyaları niyə ödəmir?

“Bakı şəhər İcra Hakimiyyəti 2010-cu ildə Ticarət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncam əsasında Neftçilər prospektində Ticarət mərkəzinin tikintisi ilə bağlı söküləcək evlərin hər kvadrat metrinə görə, vətəndaşlara 1500-2000 manat verilməsi nəzərdə tutulmuşdu. Bəzi sakinlər buna razılaşsa da, ərizəçilər razılaşmayıb. Nəticədə məhkəmə qərarı olmadan evləri tikinti şirkəti söküb”, vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, AİHM Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırılması), 1 saylı Protokolun 1-ci maddəsinin (söküntünün ictimai maraqlara uyğun həyata keçirilib keçirilməməsi) və 8-ci maddənin (mənzilə hörmət hüququ) pozuntusunun olub olmaması ilə bağlı hökumətə suallar ünvanlayıb.

Buna da bax: Azərbaycan Avropaya gedən şikayətlərin sayına görə də irəlidədir

Xatırlatma

Bu ilin yanvarında AİHM 2016-ci ilin yekunları ilə bağlı hesabat yaymışdı.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur.

Buna da bax: Avropa Məhkəməsinin qərarlarına rəy veriləcək?

Hesabatda Azərbaycandan gedən şikayətlərin artdığı də bildirilirdi.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət gəlib. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG