Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

1000-ə qədər müqavilə ləğv edilib


Arxiv fotosu.

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşəbbüsü ilə 46 rayonda 935 müqavilə ləğv edilib.

Söhbət istifadəsiz qaldığı bildirilən 200 min hektar torpaq sahəsindən gedir.

Bu haqda ƏMDK-nin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, 2016-cı ildə və bu ilin əvvəlindən komitənin torpaq müfəttişləri monitorinqlər aparıblar. Nəticədə 4900-ə yaxın torpaq sahəsinin istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi bildirilir.

Buna da bax: Sumqayıtda torpağın sotu neçəyədir: rəsmi və qeyri-rəsmi?

580 min manat cərimə...

“1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək 580 min manatdan çox cərimə tətbiq edilib. Torpaq istifadəsiz qaldığına görə isə 1000-dək müqavilə ləğv edilib”, - məlumatda yazılır.

ƏMDK respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə vahid elektron baza yaradıb.

Buna da bax: İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılır, amma...

Xatırlatma

Torpaq sahələrindən icarə qaydasında istifadə edənlərin dövlət qurumları ilə problemlərinin yaranması əsasən ötən ildən üzə çıxmışdı.

Şamaxı və Ağsudan olan onlarla fermer icarə müqaviləsi ilə istifadə etdikləri torpaq sahələrinin əllərindən alındığını açıqlamışdılar.

Buna etiraz edən fermerlər yanvarın 16-da Prezident Administrasiyasının qarşısına toplaşmışdılar.

Ağsu və Şamaxı rayonlarında 50 min hektara yaxın ərazidə fəaliyyət göstərən fermerlər deyirdilər ki, icarə müqavilələrinin 2028-ci ilədək vaxtı var. Torpaqlarından da səmərəli istifadə edirlər - fermer təsərrüfatları yaradıblar, fəaliyyət göstərirlər. Ancaq Şamaxı rayon İcra Hakimiyyəti icarə müqaviləsini birtərəfli qaydada dayandırır.

Fermerləri Prezident Administrasiyasında dinləyən olmamışdı. Onlar bildirirdilər ki, istifadəsiz qalan torpaqların geri alınması adı altında torpaqlar hakimiyyətin yuxarı pilləsində təmsil edilən şəxslərə yaxınlığı ilə seçilən şirkətlərin ixtiyarına verilir. Belə hallarda əvvəlik illərdə fermerlərə kompensasiya verilirdisə, indi heç buna da ehtiyac görülmür.

Prezident İlham Əliyev 2016-cı ildə ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG