Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:25

XİN Lapshinə hüququ müstəvidə yanaşılma istəyir


Belaruslu bloqqer Alexandr Lapshin

“Bloqqer Alexsandr Lapshin barəsində cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi, ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır”.

Xarici İşlər Nazirliyinin (XİN) bir neçə ölkənin vətəndaşlığını daşıyan bloqqer Alexsandr Lapshinin Belorusdan Azərbaycana ekstradisiya edilməsi ilə bağlı fevralın 8-də yayılan açıqlamasında belə deyilir.

Buna da bax:​ 'Lapshin-in məhkəməsi sakit keçməyəcək'

Nazirlik bildirir ki, Lapshin xəbərdarlıqlara baxmayaraq Azərbaycanın işğal edilmiş ərazilərinə hökumətin icazəsi olmadan qanunsuz səfərlər edib. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib.

Açıqlamada qeyd edilir ki, adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən, qəsdən Azərbaycan ərazisinə daxil olub.

“Baş Prokurorluq fakta görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb”, - açıqlamada bildirilir.

Buna da bax:​ Ermənistandan Lapshinin Azərbaycana verilməsinə reaksiya

XİN açıqlamanın sonunda əcnəbi vətəndaşları işğal olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkinməyə səsləyib.

Xatırlatma

A. Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belorus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Buna da bax:​ Niyə məhz Lapshin?

Həmin qərar ötən gün, fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

Buna da bax:

Lapshin Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG