Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 15:47

103 tələbə kredit alıb


BDU

Fevralın 8-i «Maarifçi» Tələbə Kredit Fondunun fəaliyyəti və «Azərbaycanda tələbə kreditləri proqramı»na həsr olunan tədbir keçirilib.

«Report»un xəbərinə görə, tədbirə təhsil naziri, Milli Məclisin deputatları və ali təhsil müəssisələrinin rəhbərləri qatılıblar.

Təhsil naziri M.Cabbarov fondun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu bildirib: «Universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkədə ilk dəfə olaraq tələbə krediti mexanizmi yaradılıb».

«Maarifçi» Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, ötən il ərzində 103 tələbə ilə təhsil krediti müqaviləsi bağlanıb.

Kredit almaq istəyən tələbələr Azərbaycan vətəndaşı olmalı, müvafiq təsisçi universitetlərin birində təhsil almalı və maliyyə yardımına ehtiyac duymalıdır.

Hər il tələbə 4 min manat olmaqla, illik 8 faizə 5 ildə 20 min manatlıq kredit götürə bilər. Tələbə bu krediti oxuduğu dövrdə qaytara bilməsə, o, məzun olduqdan sonra ən geci 5 ilə bu yükdən qurtulmalıdır.

Fond Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb və 2015-ci ilin oktyabrında Qeyri-Hökumət Təşkilatı kimi Ədliyyə Nazirliyində qeydə alınıb.

Fondun təsisçiləri BDU, Dillər Universiteti, Pedaqoji Universitet, Neft və Sənaye Universiteti, Texniki Universitet, Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetidir.

XS
SM
MD
LG