Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:13

Maliyyə nazirliyi borclanır


Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borclanır.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yanvarın 27-si Maliyyə nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 milyon ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışını qeydiyyata alıb.

Buna da bax:​ 'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'

Palata həmçinin Maliyyə nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 milyon ədəd dövlət ortamüddətli istiqrazlarını qeydiyyata götürüb.

İstiqraz borc tipli valyuta alətidir.

İstiqrazı alan (dövlət, şirkət) investora müəyyən olunmuş vaxt çərçivəsində kupon adlandırılan faiz və əsas borcun məbləğini ödəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG