Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:32

Bakı Metropoliteni maliyyə çatışmazlığı yaşayır


Bakı Metropoliteni universal frezer və torna dəzgahlarının satın alınmasına dair müqaviləni ləğv edib.

Metropolitenin tender komissiyası bununla bağlı məlumat yayıb.

«Eskalatorların təmirindən ötrü lazım olan dəzgahların alınmasından maliyyə imkanlarının məhdud olması səbəbindən imtina olunur. Yerli şirkətlərdən biri ilə müqavilə ötən ilin dekabrında imzalanmışdı», - deyə tender komissiyasının üzvü Rauf Yusifov «Turan» Agentliyinə bildirib. Ancaq o, həmin şirkətin adını açıqlamayıb.

R.Yusifov, hələlik, müqavilə tərəfinin onlara dəyən ziyana görə məhkəmə qaydasında iddia qaldırmadığını bildirib. Onun sözlərinə görə, müqavilənin qiyməti 106 min manatdır. Tender 2016-cı ilin sentyabrında elan edilib.

2017-ci ildə hökumət Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanı 8 milyon manat azaldıb.

Bu il subsidiya həcmi cəmi 30 milyon manat olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG