Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:46

Trump-ın zəngindən sonra döyüşlər səngiyib


Avdeyevka

Ukraynanın şərqində döyüşlər səngiyib. Bir az əvvəl—fevralın 4-də ABŞ prezidenti Donald Trump Ukrayna prezidenti Petro Poroshenko ilə danışıb və ölkənin şərqində tələfata səbəb olan münaqişəyə son qoymağa çalışacaqlarını bildirib.

Ukrayna hərbçilərinin verdiyi məlumata görə, son 24 saat ərzində döyüşlərdə iki əsgər yaralanıb, tələfat yoxdur, atışma azalıb. Separatçılar hökumət qüvvələrinin ara-sıra atəş açdığını deyirlər.

Bir həftəyə yaxındır ki, Ukraynanın Avdeyevka şəhəri ətrafında döyüşlər gedir. Rusiyaya arxalanan separatçılarla hökumət qüvvələri arasında döyüşlərdə 35-ə yaxın adam ölüb. Avdeyevka separatçıların əlində olan Donetsk yaxınlığında sənaye şəhəridir. Regiondan xəbər verən AFP müxbirləri dünəndən şəhərdə sakitlik olduğunu deyirlər. Ukrayna hərbçiləri AFP-yə atəşkəs haqda razılığa gəldiklərini bildiriblər.

2014-cü ildən—Rusiyanın Ukraynaya müdaxiləsindən bəri separatçılarla döyüşlərdə 10 minə yaxın adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG