Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 18:30

Nadir bitkilərinin kolleksiyası genişləndirilir


Botanika bağı, 18 yanvar 2012

Mərkəzi Nəbatat Bağında Azərbaycanın nadir bitkilərinin kolleksiyası genişləndirilir.

Bu haqda AzərTaca Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyev məlumat verib.

Alimin sözlərinə görə son illər Mərkəzi Nəbatat Bağında Azərbaycanın nadir bitkilərinin öyrənilməsinə diqqət artırılır. Nəbatat Bağının alimləri Azərbaycan florasında yayılmış 200-dək oduncaqlı bitkinin təbii arealının monitorinqi aparıb. Onların arealının kiçilmə səbəbləri araşdırılıb. Eyni zamanda, introduksiya nəticəsində toplanmış materiallar Mərkəzi Nəbatat Bağının müxtəlif ekspozisiyalarında istifadə olunur.

V.Fərzəliyev bildirib ki, xüsusi ekspozisiyaların yaradılması ilə yanaşı, genofondu mühafizə etmək, eləcə də nadir bitkilərdən seleksiya işlərində istifadə etmək böyük əhəmiyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG