Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 16:49

Neftin qiyməti qalxıb.


Foto arxiv

Dünya bazarında neftin qiyməti qalxıb.

Brend markalı neftin bareli sübh tezdən 1,7 faiz bahalaşaraq 56,57 dollar olub.

WTI markalı neftin bareli isə 1,5 faiz artaraq, 53,6 dollar olub.

Rusiyanın enerketika naziri Aleksandr Novak deyib ki, neft istehsal edən ölkələr ötən ilin sonunda hasilatı azaltmaq razılığına gəliblər və bu ilin yanvarında gündəlik hasilat təxminən 1,4 milyon barel azaldılıb.

Qeyd edək ki, neft istehsal edən ölkələri birləşdirən OPEC təşkilatı ötən il noyabrın 30-da hasilatı gün ərzində 1,2 milyon barel azaltmaq qərarına gəlib.

Həmçinin Rusiya da daxil olmaqla bu təşkilata üzv olmayan ölkələr ötən il dekabrın 10-da gündəlik hasilatı 558 min barel azaltmaq razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG