Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Ayda 2 milyon dollar xərcləyən Johnny Depp müflis ola bilər


Johnny Depp aktrisa Penélope Cruz-la birlikdə Kann festivalında.

Hollywood aktyoru Johnny Depp-in dəbdəbəli həyatı üzündən müflisləşməsi haqda xəbərlər dünya mətbuatında yayılmağa başlayıb.

2016-cı ilə qədər aktyorun maliyyə işləriylə məşğul olan TMG adlı şirkət ilə Depp arasında məhkəmə çəkişmələri qızışmağa başlayıb. Los Angeles-də gedən məhkəmələrdə TMG şirkəti 53 yaşlı kinoulduzun bədxərcliyi ucbatından müflüsləşmənin bir addımına gəldiyini iddia edib. Şirkət aktyor üçün işlədiyi 20 il ərzində onun ayda təqribən 2 milyon dollar xərclədiyini bəyan edib. Bu haqda "Hollywoodreporter" xəbər verir.

Buna da bax: Johnny Depp Forbes dərgisinin builki "uğursuzları" siyahısında ilk yerdədir

Şirkət Deppin ağlasığmaz xərclərini isbatlamaq üçün onun mülkiyyətinin siyahısını təqdim edib. Belə ki, aktyor aradan keçən illər ərzində 75 milyon dollar xərcləyərək özünə 14 ayrı ev alıb. Bundan əlavə o Fransada 18 hekar torpaq sahəsinin içində bir malikanə, Baham adamlarında ev, hətta ABŞ-ın Kentuky ştatında at ferması da alıb. Aktyorun təckə Hollywoodda çoxlu sayda evləri var.

"Qızıl qlobus" mükafatı laureatı, üç dəfə "Oscar"a namizəd göstərilmiş Depp 2000-ci ildən indiyə qədər şəxsi yaxtasına 18 milyon dollar xərcləyib. Firmanın təqdim etdiyi siyahıya görə Depp həm də 45 lüks maşın alıb, şəxsi təyyarəsindəki uçuşları, içdiyi şərablar və yanında işləyən 40 nəfərə ayda 700 min dollar pul xərcləyib.

Aktyorun bədxərcliyi bunlarla bitmir, o Andy Warhol ve Gustav Klimi sənətkarların 200-ə qədər orijinal əsərini və 70 fərqli gitara da alıb. 2005-ci ildə isə Amerika yazıçısı Hunter S. Thompson-un dəfn mərasiminə nə az nə çox 3 milyon dollar xərcləyib.

Buna da bax: Johnny Depp həyat yoldaşına yaxınlaşa bilməz

Johnny Depp-in kariyerası və maliyyə durumunda daha da geriyə salan aktrisa Amber Heard-la qalmaqallı boşanması olub. Depp boşanmaq üçün keçmiş arvadına 7 milyon dollar ödəməyə razılıq verib. Depp-in ona zorak tətbiq etdiyini səbəb göstərərək boşanmaq üçün müraciət edən Heard sonradan aktyora qarşı ittihamlarını geri götürmüşdü.

TMG şirkəti bütün bunları səbəb göstərərək aktyoun ona olan borclarını ödəmədiyi üçün evlərindən birinə həbs qoymağa çalışmış, Johnny Depp isə buna cavab olaraq şirkətdən onun maliyyə işlərini pis idarə etdiyi üçün 25 milyon dollar təzminat istəmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG