Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 18:11

Ukraynada NATO-ya üzvlüklə bağlı referendum keçiriləcək


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko ölkəsinin NATO-ya qoşulması məsələsini səsverməyə çıxarmağa hazırlaşır. O, bu haqda alman mətbuatına müsahibəsində danışıb.

«Sorğular ukraynalıların 54%-nin buna tərəf olduğunu göstərir.4 il öncə Ukraynada əhalinin cəmi 16%-i ölkənin NATO-ya qəbul edilməsini istəyirdi… Prezident olaraq, mən xalqımın baxışlarına uyğun hərəkət etməliyəm. Buna görə də NATO-ya üzvlük məsələsini referendum çıxaracağam». P.Poroshenko Almaniyanın «Funke Mediengruppe» qəzetinə belə deyib. P.Poroshenko xalq səs verərsə, ölkəsini transatlantik alyansa qoşulmaqdan ötrü əlindən gələni edəcəyinə söz verib. O, Ukrayna hərbi qüvvələrinin 2020-ci ilə qədər NATO standartlarına uyğunlaşacağını deyib.

Ukrayna NATO ilə 1990-cı illərdən əməkdaşlıq edir. Ancaq üzvlük, politoloqların fikrincə, Rusiyayla gərginliyi artıra bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG