Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:05

Qarlı, şaxtalı hava davam edir


Şaxta

Fevralın 2-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, səhər yarımadanın bəzi yerlərində zəif qar yağacaq. Yarımadada gecə 2-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Ölkənin dağlıq rayonlarına da qar yağacağı bildirilir. Gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, dağlarda gecə 15-20, gündüz 1-6 dərəcə şaxta təxmin edilir. Bəzi yolların buz bağlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG