Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Ukraynanın şərqində vəziyyət gərgindir


Ukraynanın şərqində döyüşlər, ölənlər var
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Ukraynanın şərqində döyüşlər, ölənlər var

Ukraynanın şərqində Rusiyaya arxalanan separatçılarla hökumət qüvvələri arasında atışma davam edir. Ukrayna dünəndən bəri 3 əsgərinin həlak olduğunu, 24-nün yaralandığını deyir. Sakinlər arasında tələfat barədə dəqiq məlumat yoxdur.

Separatçılar isə Ukrayna əsgərlərinin Donetskinin mərkəzini minaatanlardan atəşə tutduğunu, Zasyadko mədəninə gedən elektrik enerjisinin kəsildiyini, 200-dən çox mədənçinin içəridə qaldığını deyirlər. Sonra mədən işçiləri evakuasiya olunublar.

Münaqişəyə görə Moskvayla Kiyev bir-birini günahlandırmaqdadır.

Avropa Birliyi və BMT Təhlükəsizlik Şurası tərəfləri döyüşləri təcili dayandırmağa çağırıb. Dünən—yanvarın 31-də keçirilən toplantısında Təhlükəsizlik Şurası Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Həm Ukrayna, həm də Rusiya şurada təmsil olunurlar.

Toplantıdan sonra Ukraynanın qurumdakı təmsilçisi Volodymyr Yelchenko Rusiyanı müharibə cinayətlərində günahlandırıb. O, ABŞ-ın səfiri Nikki Haley-lə görüşüb. N.Haley də Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləyib.

Fevralın 2-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı durumla bağlı toplantısı keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG