Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 13:32

Fransa parlamentində korrupsiya faktı ilə bağlı axtarış başlayıb


France -- General view of the hemicycle during the vote on the same-sex marriage bill at the National Assembly in Paris, 12Feb2013

Fransa parlamentinin aşağı palatasında prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşı ilə bağlı istintaq çərçivəsində axtarışa başlanıb.

Bu barədə yerli və beynəlxalq kütləvi informasiya vasitələri məlumat yayıb.

Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə bürosunun əməkdaşları bununla bağlı xüsusi icazə alıb.

1958-ci ildən bu yana parlamentin binasında 6 dəfə axtarış aparılıb.

Müstəntiqlər Penelopa Fiyonun, doğurdan da həyat yoldaşə deputat olarkən onun köməkçisi işləməsinə aydınlıq gətirməyə çalışırlar.

Amma Fransa televiziyası hələlik belə bir sübut aşkar edilmədiyini xəbər verir.

Fransa prokurorluğu yanvarın 25-də “Canard Enchaine” qəzetinin məlumatından sonra faktla bağlı yoxlamalara başlayıb.

Həmin məlumata görə, Penelopa Fiyon həyat yoldaşının köməkçisi kimi 7 il-1998-2002-ci illərdə maaş alıb ki, bu pullar deputatlar üçün nəzərdə tutulubmuş.

Bəzi məlumatlara görə, söhbət təxminən 500 min avrodan gedir.

Fiyonun namizədliyi “Respublikaçılar” partiyası verib.

Amma bu qalmaqaldan sonra onun reytinqi düşməyə başlayıb.

Fransada prezident seçkisi 2017-ci ilin aprel-mayında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG