Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:02

QHT rəhbərinin şikayətinə İqtisadi məhkəmə baxacaq


Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Ədliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə Qurbanov özü məlumat yayıb.

O deyir ki, 2014-cü ildə ABŞ səfirliyi ilə onun təşkilatı arasında qrant müqaviləsi bağlanıb. Müqavilənin qeydə alınması və müvafiq bildiriş verilməsi üçün 2016-cı il noyabrın 15-də yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Üstündən iki aydan çox vaxt keçsə də, ona heç bir cavab verilmir.

Buna da bax: 'Xəbərləri olsun, Ədliyyə nazirliyini məhkəməyə vermişəm'

Akif Qurbanov vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında gedən dialoq nəticəsində problemlərin həll olunduğunu iddia edənlərdən də narazıdır: “Çox güman ki, məlum şəxslər gərəkli məsləhətlərini məhkəməyə də çatdıracaq”.

Onun sözlərinə görə, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvlərinin böyük əksəriyyətinin köhnə müqavilələri qeydə alınıb və icra olunur.

Buna da bax:​ 'Avropa Birliyi QHT-lərə dəstəyi davam etdirəcək'

“Hüququmu sonadək qorumağa çalışacağam”

Akif Qurbanovun Ədliyyə Nazirliyindən şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: “Mənim məqsədim sadədir. Birincisi, mövcud şərtlər çərçivəsində hüququmu sona qədər qorumağa çalışıram. İkincisi, yerli və beynəlxalq ictimaiyyəti "dialoq", "inkişaf" proseslərinin palavradan (“boş söz” anlamında – red.) başqa bir şey olmadığını bir daha faktla göstərmək istəyirəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG