Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 11:50

Peskov ABŞ və Rusiya prezidentlərinin görüşünü istisna etməyib


Dmitry Peskov

Kremlin sözçüsü Dimitry Peskov ABŞ və Rusiya prezidentlərinin böyük 20-lər ölkələrinin iyul sammitindən əvvəl görüşməsini istisna etməyib.

Sammit iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçirilməlidir.

TASS-ın məlumatına görə, Peskov bunu jurnalistlərə açıqlamasında deyib, amma sözçü görüşün detalları barədə ətraflı məlumat verməyib.

Peskov ümid edir ki, prezidentlərin köməkçiləri artıq belə bir görüşün keçirilməsinə hazırlıq görməyə başlayacaqlar.

Qeyd edək ki, ötən şənbə günü ABŞ prezidenti Donald Trumpla Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu Donald Trumpun andiçmə mərasimindən sonra liderlər arasında ilk telefon əlaqəsidir. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG