Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 15:19

Onkoloji xəstəliklərdən ölənlərin sayı artacaq


Foto illüstrasiya

«30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə qeyri-infeksion xəstəliklərdən vəfat edirlər».

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şöbə müdirinin müavini Nabil Seyidov deyib.

N.Seyidov qeyd edib ki, ölkədə insanlar, əsasən, ürək-damar, beyin-damar (insult, infarkt) (51%) və onkoloji xəstəliklərdən (11%) vəfat edirlər: «Proqnozlara görə, 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15 faiz artması gözlənilir».

Həkimin deməsinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər, əsasən, əməkqabiliyyətli insanlardır (40-60 yaş): «Hazırda Azərbaycanda ölüm hallarının 80 faizi qeyri-infeksion xəstəliklərin (ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanlar xəstəlikləri və s.) payına düşür».

XS
SM
MD
LG