Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier istefa verib.
Prezident Joachim Gauck onun istefasını qəbul edib və keçmiş iqtisadiyyat naziri, Sosial-demokrat partiyasının sədri Sigmar Gabrieli xarici işlər naziri vəzifəsinə təyin edib.
Dövlət başçısının iqamətgahında keçirilən mərasimdə kansler Angela Merkel də iştirak edib.
2013-cü ildən xarici işlər naziri vəzifəsində çalışan Frank-Walter Steinmeier prezidentluk uğrunda mübarizə aparacağına görə istefa verib.
Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqı” bloku ötən ilin sonlarında onun prezidentliyə namizədliyini irəli sürüb.
Prezident seçkisi fevralın 12-də keçiriləcək.