Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Yunanıstan 8 Türkiyə hərbçisini Ankaraya vermədi


Foto arxiv

Yunanıstanın Ali məhkəməsi 8 Türkiyə hərbçisini Ankaraya verməməkdən imtina edib.

By barədə Reuters agentliyi yanvarın 26-da məhkəmədəki mənbələrə istinadla xəbər yayıb.

Türkiyə hakimiyyəti onları 2016-cı il iyulun 15-də edilən qiyam cəhdində iştirakda ittiham edir.

Hərbçilərin 8-də ittihamı rədd edir.

Onlarqiyam cəhdindən bir gün sonra-iyulun 16-da vertolyotla Yunanıstanın şimalına enərək Afinadan siyasi sığınacaq istəyiblər.

Türkiyə Yunanıstandan onların verilməsini tələb edir.

15 iyul qiyam cəhdindən sonra ölkədə 100 mindən çox adam saxlanıb və ya işdən kənarlaşdırılıb.

Rəsmi Ankara hesab edir ki, bu qiyam cəhdinin arxasında hazırda ABŞ-da yaşayan ilahiyatçı Fətullah Gülən durur.

Gülən də ittihamları rədd edir.

Ankara Vaşinqtondan onun verilməsini istəyir.

Amma ABŞ onun ekstradasiyası üçün tutarlı sübutlar göstərilmədiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG