Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Sakinlər binanın önündə başqa bina tikintisinə etiraz edir


Nərimanovda sakinlər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Nərimanovda sakinlər etiraz edir

Bakının Nərimanov rayonunda əsasən keçmiş dəmiryol işçilərinin məskunlaşdığı 4 mərtəbəli binanın sakinləri narazıdır- yaxınlıqda birdən-birə iki bina tikilməsindən. Azadlıqradiosu.az saytının mobil reportyor bölümünə video yollayan oxucu yazır ki, artıq binalarının 15 metrliyində iki çoxmərtəbəli binanın özülü qazılıb. Deyir, bu qazıntıdan onlaırn binalarına da zərər dəyib. Üstəlik onsuz da kiçik olan həyət bir az da daralıb. Sakinlərin tələbi tikintinin dayandırılmasıdır.

Sakinlər deyirlər ki, tikinti ilə bağlı onlara qabaqcadan xəbərdarlıq edilməyib. Tələbləri odur ki, ya onlara başqa yerdə ev verilsin, ya da ünmumiyyətlə tikinti dayandırılsın. Bununla bağlı bir neçə rəsmi quruma müraciət yollasalar da, onlara cavab verən olmayıb.

Məsələyə Nərimanov Rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Səndə də maraqlı foto və video varsa AzadlıqRadiosunun Mobil Reportyor bölümünə göndər.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

XS
SM
MD
LG