“Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin nəzərdə tutulduğu bildirilir.
Layihənin Milli Məclisin fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulduğu qeyd edilir.
Modern.az-ın xəbərinə görə, qanun layihəsi təklifini parlamentə prezident göndərib.
Buna da bax: Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]
Yanvarın 31-də layihə ilə bağlı yaradılan işçi qrupunun genişləndirilmiş tərkibdə iclası keçirilməlidir.
Fevralın 3-də isə layihə, əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılmalıdır.
Təkliflərin məzmunu, hələlik, açıqlanmır.